Mayın 9-da Bakının bəzi yolları bağlanacaq
Bakı 2015 Avropa Oyunlarına hazırlıq məqsədilə mayın 9-da Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcək.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, mayın 9-da saat 12:00-dan 19:00-dək Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Həmçinin bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun "Koroğlu" stansiyasında sıxlıq olacağı gözlənilir. Buna görə də şənbə günü ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaq tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
19:32
553
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
617
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
631
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
339
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1290
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1244