Kinorejissor Nicat Feyzullayev vəfat etdi
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış kinorejissor Nicat Feyzullayev vəfat edib.
APA TV-nin xəbərinə görə, görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin oğlu olan Nicat Feyzullayev 1945-ci ildə anadan olub. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan Nicat Feyzullayev bir neçə bədii, bir sıra sənədli filmlərin quruluşçu-rejissoru, ssenari müəllifi olub.
Onun quruluş verdiyi “Küçələrə su səpmişəm”, “Qızıl balıq”, “Arvadım mənim, uşaqlarım mənim” bədii filmləri və bir çox sənədli film, “Mozalan” süjetləri ilə kinosevərlərin rəğbətini qazanıb.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
19:32
568
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
631
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
645
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
342
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1292
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1246