Sabirabad sakini dayısını qətlə yetirdi
Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib. Sabirabad Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə bu gecə saat 0.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində baş verib.
1999-cu il təvəllüdlü kənd sakini Cavad Cabir oğlu Hacıyev 1972-ci il təvəllüdlü dayısı Vüqar Poladxan oğlu Hacıyevi bıçaqlayıb. İkinci xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qətli törədən bacıoğlu hadisə yerindən qaçsa da, bir müddət sonra Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində elə yaşadığı kəndin ərazisində həbs edilərək istintaqa təhvil verilib. İlkin dindirmə zamanı o, qətlin namus üstündə baş verdiyini bildirib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir