İspaniya XİN: Dağlıq Qarabağda keçiriləcək "seçkilər" legitim deyil
İspaniya 3 may tarixində Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “parlament seçkiləri” legitim hesab etmir.
APA-nın məlumatına görə, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, bu seçkilərin heç bir etibarlılığı yoxdur: “Bu ərazinin ayrılması güc tətbiq etmənin nəticəsidir, beynəlxalq hüquqa ziddir və Azərbaycan tərəfindən tanınmayıb. İspaniya hökuməti bu fürsətdən istifadə edərək, hər iki tərəfi danışıqlarda hazırkı status-kvoya son qoymağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi və davamlı həllinin tapılması məqsədilə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərini əsas tutaraq regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən danışıqları davam etdirilməyə çağırır”.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir