Zaqatalada 2 həmkəndli müəmmalı şəkildə bıçaqlanıb
Zaqatalada iki gənc müəmmalı şəkildə bıçaqlanıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin şimal-qərb bürosuna verilən məlumata görə, rayonun Əliabad qəsəbə sakinləri, 1996-cı il təvəllüdlü Ruslan Rəhim oğlu Hüseynov döş qəfəsinin sağ nahiyəsinin və sol bazunun üçdə birinin kəsilmiş və deşilmiş bıçaq yarası, 1994-cü il təvəllüdlü Fərhad Xanlar oğlu Abdullayev isə döş qəfəsinin sol nahiyəsinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olublar. Zaqatala rayon Polis Şöbəsindən Ruslan Hüseynovun və Fərhad Abdullayevin bıçaqlanması faktı təsdiqlənib. Bildirilib ki, hazırda Zaqatala RPŞ-nin əməkdaşları cinayətin hansı zəmində baş verdiyini araşdırmaq üçün axtarış-əməliyyat tədbirləri keçirir.
OXŞAR XƏBƏRLƏR
19:32
650
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
714
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
730
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
346
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1295
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1252