İyun ayında yük maşınları Bakı şəhərinə buraxılmayacaq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. APA-nın BDYPİ-nin saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyun ayında yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını açıqlayıb. Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə almaq xahiş olunub. Bu addım Avropa Oyunları ilə əlaqədar yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə atılır.
OXŞAR XƏBƏRLƏR
19:32
650
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
714
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
730
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
346
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1295
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1252