İŞİD-ə ağır zərbə: 100-ə yaxın terrorçu öldürüldü
İraq ordusunun keçirdiyi əməliyyatda İŞİD terror qruplaşması böyük itkilər verib.
APA TV-nin məlumatına görə, İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordu aviasiyanın dəstəyi ilə ölkənin 3 vilayətində əməliyyat aparıb. Ənbar, Səlahəddin və Bağdadda keçirilən əməliyyatlarda 100-ə yaxın İŞİD terrorçusu məhv edilib.
Məlumatda deyilir ki, İŞİD-in Bağdad ətrafında həyata keçirmək istədiyi teraktların da qarşısı alınıb. Belə ki, terrorçuların qoyduğu minalar zərərsizləşdirilib.
Qeyd edək ki, son aylar İŞİD üzərində hərbi üstünlük qazanan İraq ordusu işğal olunmuş əraziləri geri qaytarmaq üçün əməliyyatlara başlayıb.
OXŞAR XƏBƏRLƏR
16:23
116
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
273
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1048
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1112
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1832
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1076