Lənkəranda iki maşın toqquşdu, 3 yaralı var
Lənkəranda 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, qəza Ələt-Astara magistralının 203-cü kilometrliyində, yolun Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Nüvədi qəsəbə sakini İlqar Əhmədovun idarə etdiyi “Volkswagen” markalı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən Lənkəran şəhər sakini Emil Kazımzadənin idarə etdiyi “VAZ-2106” markalı minik maşını ona çırpılıb. Güclü zərbədən “VAZ-2106” çevrilib, sürücüsü isə ağır xəsarət alıb. Bundan başqa, “Volkswagen”in sürücüsü və sərnişini, 46 yaşlı Sərraf Abbasov da yaralanıb. Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdiriliblər.
“VAZ-2106”-nın sürücüsü, 24 yaşlı Emil Kərimzadənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir