Azərbaycanda bütün mobil operatorlar arasında danışıq 3 qəpiyə olacaq
Azərbaycanda mobil xidmətlərin qiymətləri düşəcək. APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazir deyib ki, mobil xidmətlərin ucuzlaşması üçün ilk növbədə operatorlar arasında olan tənzimləmə funksiyaları daha da sadələşdirilməlidir. Onun sözlərinə görə, yaxın vaxtlarda bütün mobil operatorlar arasında olan mübadilənin qiyməti 3 qəpiyə endiriləcək: “Bu o deməkdir ki, indi 5 qəpiyə olan xidmət 3 qəpiyə endirilirsə, bu, mobil xidmətlərin qiymətlərinin də düşməsi üçün yeni şərait yaradacaq. Bu tənzimləmə, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bunlar da imkan verir ki, mobil operatorlar qiymətləri salsınlar. Amma nəzərə almaq lazımdır ki, mobil xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənmir və rəqabət əsasında formalaşır”.
Əli Abbasov həmçinin əlavə edib ki, Avropa Oyunları ilə əlaqədar ictimai yerlərdə, bir çox parklarda, Olimpiya Kəndində, oyunlar ətrafında olan sahələrdə “wi-fi” zonalar istifadəyə veriləcək: “Bunların bir çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz onlara əsasən bir güzəşt təklif edirik ki, iki ay müddətində onların fəaliyyəti pulsuz həyata keçirilsin, sonradan isə onları ödənişli olaraq həyata keçirə bilərlər”.
OXŞAR XƏBƏRLƏR
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib