"Mercedes"lə "London taksisi" toqquşdu, bir nəfər yaralandı
Ötən gecə paytaxtın Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Füzuli küçəsində qeydə alınıb. Baş verən qəza zamanı İmanqulu Xəlilovun sükanı arxasında olduğu "Mercedes" markalı minik maşını ilə Talışxan Əkbərovun idarə etdiyi "London taksisi" toqquşub. Nəticədə "Mercedes"in sürücüsü İmanqulu Xəlilov baş nahiyəsindən xəsarət alıb. Əraziyə təcili yardım çağırılıb. Yaralıya ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Qəza yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin əməkdaşların apardığı müayinələrdən sonra, qəza ilə bağlı ilkin səbəb müəyyən edilib.
Hadisənin baş vermə səbəbi ekspertizanın verəcəyi rəydən sonra bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR
19:32
688
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
752
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
766
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
352
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1299
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1256