Azərbaycan prezidenti Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Rocer Çukermanın ölkəmizə səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirib.
Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Ölkəmizə İrəvandan gəldiklərini vurğulayan Rocer Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını deyib. O, ölkəmizdə ilk dəfə keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan qonaq Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib