Barak Obama: “Bu qədər işin içində gündə 5 dəfə namaz qılmağa vaxt tapmalıyam”
ABŞ prezidenti Barak Obama müsəlman olması barədə iddiaları cavablandırıb. APA TV-nin məlumatına görə, Ağ Evdə akkreditə olunmuş jurnalistlərə verdiyi nahar mərasimində çıxış edən Obama müsəlman olmadığına işarə vurub. “ABŞ prezidenti olmaq asan iş deyil. Həm kifayət qədər boşluqlar olan miqrasiya sistemimizi qaydasına salmalı, həm Konqresi veto ilə hədələməli, həm də İranla müzakirələr aparmalıyam. Bütün bu işləri görərkən üstəlik gündə beş dəfə namaz qılmağa da vaxt tapmalıyam”.
Obamanın “Sizin gizli bir müsəlman olduğunuz iddia edilir” sualına bu istehzalı cavabı islam ölkələrində narazılıqla qarşılanıb. Qeyd edək ki, 2012-ci ildə keçirilən sosioloji sorğu zamanı ABŞ əhalisinin 17 faizinin əslən keniyalı olan Obamanın gizli müsəlman olduğuna inandığını söyləmişdi. Buna cavab olaraq xristian olduğunu açıqlayan Obama “Barak H. Obama” şəklində yazılan ad soyadında “Hüseyn” adını ifadə edən “H” hərfindən istifadədən imtina etmişdi.
OXŞAR XƏBƏRLƏR
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib