Nepalda zəlzələdə ölənlərin sayı 450 nəfərə çatdı
Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 450 nəfərə çatıb. Paytaxt Katmandu yaxınlığında baş verən 7,9 ballıq təkanlar zamanı onlarla bina dağılıb. Təkanların təsiri ilə bəzi yollar iki hissəyə bölünüb.
Yerin 15 km dərinliyində olan zəlzələnin episentri Katmandudan 77 km şimal-qərbdə olub.
Zəlzələ Hindistan və Pakistanda da hiss edilib.
Ölüm halları Katmandu və Bhaktapur bölgələrində qeydə alınıb.
Zəlzələ nəticəsində Katmanduda 19-cu əsrdən qalan tarixi qüllə də yıxılıb. Qüllənin dağıntısı altında azı 50 nəfərin olduğu ehtimal edilir. Dağıntılar altından 10-dan çox insan meyiti çıxarılıb.
İlk zəlzələdən sonra 6,6 bal gücündə ikinci təkan qeydə alınıb
OXŞAR XƏBƏRLƏR
15:08
151
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1017
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1086
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1828
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1074
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1369