İstanbuldan havaya qalxan təyyarə alovlandı - VİDEO
Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsi İstanbulun Atatürk hava limanından havaya qalxdıqdan sonra təcili geri dönüb.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İstanbul-Milan reysi ilə uçan “Airbus 320” tipli təyyarənin havaya qalxdıqdan bir az sonra mühərriki alovlanıb. Pilot təcili geri dönməyə qərar verib. Enərkən təyyarənin qanadlarından biri yerə sürtülüb. Yanğınsöndürənlər dərhal təyyarəyə yaxınlaşaraq yanğının qarşısını alıblar. Sərnişinlər təşviş halında təyyarəni tərk ediblər. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
OXŞAR XƏBƏRLƏR
15:08
161
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1022
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1091
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1830
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1076
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1371