Ağsuda qəzaya uğramış maşında sıxılmış vəziyyətdə qalan sürücü xilas edildi
Ağsuda yol qəzası baş verib. Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Volkswagen" markalı 2 minik avtomobili toqquşub. APA TV-nin məlumatına görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
OXŞAR XƏBƏRLƏR
19:32
783
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
847
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
861
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
363
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1307
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1262