Makedoniyada qatar relslərin üzəri ilə hərəkət edən 14 mühaciri əzib keçdi
Makedoniyada sərnişin qatarının altında 14 nəfər qalıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Somali və Əfqanıstandan olan miqrantlar faciəvi şəkildə ölüblər. Ölkəyə qanunsuz yolla gələn miqrantlardan ibarət 50 nəfərlik qrup dəmir yolu xətti ilə Veles şəhəri istiqamətində hərəkət ediblər. Maşinist bildirib ki, qatar yolunda hərəkət edən insanları görüb. "Xəbərdarlıq etmək üçün siqnal verdim. Onların əksəriyyəti yoldan çıxdı, amma başa düşməyənlər də oldu"- deyə o bildirib. Məlumata görə, bu, ərazidə baş verən ilk hadisə deyil. Bundan əvvəl də Avropanın qərbində yerləşən ölkələrə getmək istəyən şəxslər bu ərazidə bənzər qəzalar nəticəsində həyatlarını itiriblər.
OXŞAR XƏBƏRLƏR
19:32
783
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
847
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
861
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
363
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1307
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1262