Mərkəzi Bank kreditlərin manatla verilməməsinə aydınlıq gətirdi
Azərbaycan Mərkəzi Bankı kreditlərin manatla verilməməsi ilə bağlı heç bir kommersiya bankına göstəriş verməyib.
“APA-Economics”in xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin “Banklar krediti niyə dollarla verir?” sualına cavab olaraq Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, hazırda devalvasiya ilə əlaqədar dollarlaşma prosesi gedir. “Bu gün bankların resursları dollarladır. Devalvasiyadan sonra əhali banklarda manatda olan əmanətlərini dollara çevirir. Buna görə bankların resursları dollarladır. Banklar da öz risklərini minimuma endirmək üçün kreditləri dollarla təklif edirlər. Lakin bank-müştəri münasibətləri müqavilə ilə tənzimləndiyi üçün banklar müştəriləri dollarla kredit götürməyə məcbur edə bilməz”, - deyə sədr müavini bildirib.
Alim Quliyev qeyd edib ki, dollarlaşma ilə əlaqədar Mərkəzi Bank müəyyən işlər görür. Belə ki, Mərkəzi Bank banklar üçün bir pəncərə açaraq bankların manata olan ehtiyacının təmin olunmasına çalışır. Bu isə kreditlərin manatla verilməsinə kömək məqsədi daşıyır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?