Ann Brassör: “Soyqırımı" ifadəsini işlədə bilməzdim, çünki...”
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının son iş günündə qurumun sədri Ann Brassör Avropa Şurasında daimi akkreditə olunmuş jurnalistlərlə görüşüb.
APA-nın Avropa müxbiri xəbər verir ki, Ann Brassör media nümayəndələrinə AŞPA sessiyasının yekunlarına dair məlumat verib.
O, AŞPA sessiyasının keçirildiyi müddət ərzində “erməni soyqırımı”nın 100 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərə toxunsa da, Avropa Şurasında “soyqırımı” kəlməsinin işlədilmədiyini söyləyib: “Əlbəttə ki, mən "soyqırımı" sözünü işlədə bilməzdim, çünki bu, Avropa Şurasının rəsmi mövqeyi deyil”.
AŞPA-da deputatların məsələ ilə əlaqədar imzaladıqları bəyannaməyə gəldikdə, Ann Brassör sənədin Assambleyanın qərarı olmadığını, yalnız onu imzalayan parlamentarilərin mövqeyini əks etdirdiyini bildirib. “Arzu edirəm ki, anım mərasimi, Türkiyədəki seçkilər və bir az zaman keçdikdən sonra tərəflər bir araya gələcək, sülh və əmin-amanlıq içində öz gələcəklərini quracaq”, - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir