Sabah Bakıda yağış, bölgələrdə qar yağacaq
Aprelin 25-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
19:32
850
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
915
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
931
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
366
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1309
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1265