İran Yəmən sahillərindən gəmilərini çəkdi
İran Yəmənin şimal-şərq sahillərindən gəmilərini çəkməyə başlayıb. APA TV-nin məlumatına görə, xəbəri "Əl-Ərəbiyyə" telekanalı yayıb.
ABŞ tərəfi bunu ümidverici addım kimi dəyərləndirib. Buna baxmayaraq, onlar İran gəmilərini izləyəcəklərini bildiriblər.
Bir müddət əvvəl ABŞ rəsmi dairələri İran donanmasına aid doqquz gəminin Yəmənin Ədən sahillərində lövbər saldığını bəyan etmişdilər. Daha sonra bölgəyə ABŞ-ın "Teodor Ruzvelt" aviadaşıyıcı layneri göndərilmişdi. Məqsəd İranın Yəməndəki şiə-husi üsyançılarına silah yardımı etməsi ilə bağlı əldə olunan məlumatların doğru olub-olmadığını araşdırmaq idi. Daha sonra isə Ağ Ev təmsilçisi Djoş Ernest bu addımın başqa məqsədlə - Ərəb dənizində dəniz ticarətinin və gəmi nəqliyyatının təhlükəsizliyi üçün atıldığını açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir