Bakıda iki piyadanı maşın vurdu
Yasamal rayonunun Şıxəli Qurbanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, naməlum avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Piyada 55 yaşlı Rahim Həkim oğlu Məmmədov təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralının vəziyyətinin ağır olduğunun bildirib.
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəsimi rayonunda da piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Naməlum avtomobil Mir Cəlal 71 ünvanında yolu keçmək istəyən piyada 67 yaşlı Elman Əliyevi vurub. Sürücü hadisədən sonra ərazidən uzaqlaşıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər Elman Əliyevin həyatı üçün təhlükə olmadığını bildiriblər. Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?