Vergilər Nazirliyi: “Bakı” futbol klubu vergidən yayınıb
"Bakı Futbol Klubu" MMC-nin vergidən yayınır.
“APA-Economcs” xəbər verir ki, bu barədə məlumat Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub.
Məlumata əsasən, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb. Vergi borcunun həcmi açıqlanmır.
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov “APA-Economics”ə bildirib ki, yaranmış vergi borcu klubun işçilərinin əmək haqqından ödənilməli olan vergidir: “Bu borcun məbləği elə də böyük deyil və həcminin açıqlanması məqsədəuyğun hesab edilmir”.
Yaşar Seyidov əlavə edib ki, yaxın vaxtlarda yaranmış borc öhdəlikləri yerinə yetiriləcək.
OXŞAR XƏBƏRLƏR
16:36
994
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1061
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1818
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1072
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1366
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
760