Avropa Oyunlarının tərəfdaşı beynəlxalq mükafata layiq görülüb
“Bakı-2015” ilk Avropa Oyunlarının dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti Londonda vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə “Transform Avropa 2015” mükafatına layiq görülüb.
APA TV-nin xəbərinə görə, mükafat bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş ofisində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova təqdim olunub.
Qeyd edək ki, “Transform Avropa” mükafatı brend sahəsində irəli sürülən ən uğurlu, kreativ ideyalar üçün təqdim edilir.
Azərbaycanın təbii gözəlliyindən ilham alınaraq hazırlanan rəngarəng və valehedici “Bakı-2015” brendi ilk Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlığının üzərində əks olunur. Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alıb. Ağacın idmanın müxtəlif növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin zəngin irsini və mədəniyyətini təcəssüm etdirir.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir