Poroşenko Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı referendum keçirəcək
Ukrayna prezidenti Pyotr Poroşenko Fransaya rəsmi səfəri zamanı bildirib ki, Ukraynanın NATO-ya qoşulması ümumxalq referendumundan sonra məlum olacaq.
APA TV-nin məlumatına görə, Poroşenko bu barədə Fransanın "iTele" kanalına danışıb. "Ukraynanın NATO-nun tərkibində fəaliyyəti fundamental məsələdir. Mən referendum keçirəcəyəm, xalq isə öz sözünü deyəcək" - deyə Ukraynanın dövlət başçısı bildirib.
Bu bəyanat Pyotr Poroşenko tərəfindən ilk dəfə deyil səslənir. Lakin bu dəfə də o, dəqiq vaxt açıqlamayıb.
Xatırladaq ki, Poroşenko ötən ilin mayında, hələ prezidentliyə namizədliyi dövründə belə referendumun keçirilməsinin əleyhinə idi. Hazırkı dövlət başçısı o vaxt hesab edirdi ki, Ukraynanın NATO-ya qoşulması ölkəni parçalaya bilər. Rusiya isə dəfələrlə Ukrayna hakimiyyətindən ölkənin NATO-ya qoşulmayacağı barədə zəmanət tələb edib.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir