Ərdoğan: "İrəvanda bir araya gələnlər özləri çalıb, özləri də oynayacaqlar"
Avstriya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı Türkiyə ilə Avstriya arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.
Artıq Türkiyə Vyanadakı səfirini geri çağırıb. Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı bəyanatında deyilir ki, Avstriya parlamentinin hüquqa və tarixi gerçəklərə zidd olaraq türk millətini cinayətdə ittiham etmək haqqı və səlahiyyəti yoxdur: “Bilinməlidir ki, Türkiyə və türk milləti tarixinə atılan bu iftiranı unutmayacaq".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə aprelin 24-də İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı keçiriləcək tədbirlərə münasibət bildirib: "Aprelin 24-də Ermənistanda bir araya gələnlər özləri çalıb, özləri də oynayacaqlar. Biz isə dünya barışından söz açacağıq - fərqimiz budur".
Türkiyə prezidenti erməni iddialarından danışarkən Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bəyan edib ki, Ermənistan beynəlxalq təşkilatların tələblərini yerinə yetirmir, ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri isə nəticə vermir:
Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bəyan edib ki, tarixi faktlar sübuta yetirilmədiyi halda, Türkiyə siyasi təzyiq altında heç bir güzəşt etməyəcək. O, ümid etdiyini bildirib ki, üçüncü ölkələr problemin qiymətləndirilməsinə ehtiyatla yanaşacaqlar.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?