Avstriya parlamenti qondarma “erməni soyqırımı”nı tanıdı
Avstriya parlamenti “erməni soyqırımı”nı tanıyıb və pisləyib.
APA-nın “Der Spiegel”ə istinadən verdiyi məlumata görə, avstriyalı deputatlar türkiyəli həmkarlarına eyni addımı atmağı tövsiyə ediblər.
“Ankara qaranlıq keçmişə aydınlıq gətirməli və etiraf etməlidir ki, Osmanlı imperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı olub”, - deyə Avstriya parlamentinin bəyanatında bildirilir.
Sənədi bütün fraksiyaların nümayəndələri imzalayıblar.
“Der Standard”ın məlumatına görə, deputatlar etiraf ediblər ki, Avstriyanın da tarixi məsuliyyətdə payı var. Çünki Avstriya I Dünya müharibəsində Osmanlı imperiyasının müttəfiqi olub.
OXŞAR XƏBƏRLƏR
16:36
984
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1050
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1805
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1070
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1364
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
757