Azərbaycanda küləkli və yağışlı hava davam edəcək
Aprelin 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 11-19, dağlarda gecə 0-5, gündüz 6-11 isti olacaq.
OXŞAR XƏBƏRLƏR
19:32
868
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
929
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
944
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
369
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1312
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1268