Şəkidə yeni evlənən gənc özünü öldürdü
Şəkidə yeni ailə quran 24 yaşlı gənc intihar edib. APA TV-nin şimal-qərb bürosunun verdiyi məlumata görə, yaxın vaxtlarda ata olacaq şəxs özünü yaşadığı evin həyətindəki heyva ağacından asıb.
Hadisə rayonun Baltalı kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı Malik Hacıbalayev özünü həyətlərindəki heyva ağacından asıb. Onun meyiti heyva ağacından asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Yaxınları onu xilas etməyə çalışsalar da, artıq gec olub.
Kənd sakinləri Malik Hacıbalayevin yumşaq təbiətli biri olduğunu və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğunu söyləyiblər. Bir ilə yaxındır ailə quran gənc yaxın vaxtlarda ata olacaqdı.
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:36
984
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1050
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1805
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1070
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1364
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
757