Avropa ölkələri 657 nəfəri Türkiyəyə ekstradisiya etməkdən imtina edib
Avropa ölkələri barələrində Türkiyə məhkəmələrinin həbs qərarı çıxardığı 657 nəfəri adı çəkilən ölkəyə ekstradisiya etməkdən imtina edib.
APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Türkiyə tərəfi həmin ölkələrdən cinayətkar elan etdiyi 713 nəfərin təhvil verilməsini tələb edib. Amma cəmi 56 şəxs ekstradisiya edilib.
Həmin şəxslər arasında 337 nəfərin PKK, 242 şəxsin radikal sol yönümlü terror təşkilatlarının, 60-nun radikal dini cərəyanların, 11 nəfərin isə başqa terror qruplaşmalarının üzvü olduqları bildirilir. Türkiyə rəsmi olaraq 15 təşkilatı terror qruplaşmaları kimi tanıyıb. Onların arasında hazırda Tunisdə fəaliyyət göstərən "Ənsərul Şəriə", Livanda və Suriyadakı "Abdullah Əzzəm Briqadası", "Cəbhət ən-Nusra" və Mərkəzi Afrikadakı "Boko Haram" da var.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir