Bakıda "WhatsApp" davası: şagird sinif yoldaşına 18 bıçaq zərbəsi vurdu
11-ci sinif şagirdlərinin "WhatsApp"da birinin digərini təhqir etməsi qanlı sonluqla bitib.
Nizami RPİ-nin 25-ci polis bölməsindən APA TV-yə verilən məlumata görə, hadisə 238 saylı məktəbin şagirdləri arasında yaranıb. Rövşən Şahmarov Elvin Muradova bir neçə bıçaq zərbəsi vurub. Xəsarət alan Elvin Muradov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə əməliyyatından sonra onun səhhətinin kafi olduğu bildirilir.
Bölmədən Elvin Muradovun bədənində 18 sıyrıq və bıçaq xəsarətinin aşkar olunduğu bildirilib. Faktla bağlı cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən Rövşən Şahmarov saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
19:32
904
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
966
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
981
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
371
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1318
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1271