Azərbaycan prezidenti Moskvada Qələbə Paradında iştirak edəcək
Azərbaycan prezidenti İlham Əliyev Moskvada keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.
Bu barədə APA-nın “Prezident İlham Əliyev Qələbə günü ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcəkmi” sualına cavabında Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov bildirib.
“Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, Prezident İlham Əliyev cari ilin may ayının 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”, - deyə Azər Qasımov qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?