Sabirabadda maşın yolayırıcıya çırpıldı, bir nəfər öldü
Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə aprelin 19-da saat 17.00 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.
Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Nazim oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolayırıcına vurub. Nəticədə sürücü və sərnişini - Şəhriyar kənd sakini, 1968-ci il təvəllüdlü Asif Sahibxan oğlu İsayev xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, Asif İsayev xəstəxanada dünyasını dəyişib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş Həsən Həsənovun vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir