Bakıda intihar etmək istəyən kişi ehtiyatsızlıqdan arvadını öldürdü
Bakıda faciəli hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1-ci qrup əlil, 65 yaşlı İskəndər Məmmədov ov tüfəngi ilə özünü öldürmək istəyərkən, həyat yoldaşı 60 yaşlı Heyran Məmmədova silahı onun əlindən almaq istəyib. Bu zaman atəş açılıb və güllə qadına dəyib. Nəticədə Heyran Məmmədova aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən kişinin ayaqları yoxdur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:32
955
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1018
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1033
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
374
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1321
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1274