Xızıda çobanı öldürən dəmiryolu mühafizəçiləri həbs olundu
Daxili İşlər Nazirliyi aprelin 15-də Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. APA TV-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 15-də Sumqayıt şəhərinin ərazisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T. Ağabəyovun və A. Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş R. Qurbanov istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.15 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T. Ağabəyov və A. Mursayibov tutulub, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti “Revolver” tipli tapança götürülüb.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?