Polşa prezidentliyinə xanım namizəd: "Moskvadan dəvət gəlsə..."
Polşada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən Maqdalena Oqurek qalib gələcəyi təqdirdə həyata keçirəcəyi planlarını açıqlayıb.
APA TV-nin məlumatına görə, xanım Oqurek ilk növbədə Rusiyaya qarşı tutulan siyasi kursu dəyişdirməyin lazım olduğunu bildirib: "Polşanın şərqlə bağlı xarici siyasəti düzgün istiqamətdə getmir. Mən prezident seçilsəm, Rusiya ilə münasibətləri daha balanslaşdırılmış vəziyyətə gətirə bilərəm" - deyə o bildirib.
Bundan əlavə, Maqdalena Oqurek Avropa İttifaqını Rusiyaya qarşı tətbiq edilən sanksiyaları dərhal dayandırmağa çağırıb. O bildirib ki, bu mexanizm artıq işləmir. Xanım namizəd qalib olacağı halda, Moskvadan dəvət gələrsə, Rusiya paytaxtına səfər etməyi də düşünür.
Xatırladaq ki, Varşava ilə Moskva arasındakı hazırkı münasibət Ukraynada baş verən hadisələrə görə heç də yaxşı səviyyədə deyil.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir