Bakıda ağır qəza: iki ölü, iki yaralı
Ötən gecə paytaxtın Sabunçu rayonunda iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. İçində 4 nəfərin olduğu, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı hasara çırpıb.
Daha sonra avtomobil iki yeniyetməni vurub. Onlardan hər ikisi elə hadisə yerində dünyalarını dəyişib. Maşında olan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılar dərhal əməliyyat olunublar. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.
Qəza törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir