Bakıda məcburi köçkün güllələndi
Ötən gecə Bakının Xəzər rayonunda silah səsləri eşidilib. APA TV-nin məlumatına görə, məcburi köçkün qonşusu tərəfindən güllələnib.
Hadisə Şüvəlan qəsəbəsində baş verib. Məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Bəxtiyar Yaşar oğlu Hüseynov naməlum şəraitdə odlu silahla hər iki ayağından güllələnib. Yaralı yaxınları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan Bəxtiyar Hüseynov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin səbəblərinə gəlincə, ilkin məlumata görə, Bəxtiyar Hüseynov qonşusu tərəfindən güllələnib. Cinayəti törədən şəxs hadisə yerindən qaçdığından, polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir