Sumqayıtda 18 yaşlı oğru tutuldu
Sumqayıt sakini Nərminə Xamıyeva şəhər polis idarəsinə ərizə ilə müraciət edərək, evindən qızıl-zinət əşyalarının oğurlanması barədə polisə şikayət edib.
APA TV-nin xəbərinə görə, zərərçəkən ərizəsində bildirib ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər onun mənzilinə daxil olaraq 2230 manat miqdarında qızıl-zinət əşyalarını və 1100 manat nəğd pulunu oğurlayıblar. 18 yaşlı Teymur Şiraslan oğlu Həmzəyevi polislər evinə gələrək həbs ediblər.
Teymur Həmzəyev əldə etdiyi qızılları dəyər-dəyməzinə satsa da, oğurluq mallar müsadirə olunub. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir