Yubiley sorğusu: kalkulyatordan istifadə edirsinizmi?
1, 2, 3, 4, 5... Bəşəriyyətin ilk yaranan dövrlərində insanlar müxtəlif sayma və hesablama sistemlərindən istifadə ediblər. İlk əvvəl bunun üçün əl barmaqlarından, çubuqlardan, daha sonra isə daşlardan istifadə ediblər. Zaman keçdikcə daha böyük hesab əməllərini yerinə yetirmək zərurəti yeni texniki qurğuların hazırlanmasına təkan verib.
Hesablama əməliyyatını aparmaq üçün yaradılan ilk qurğu abak olub. Bu hesablayıcı iki cərgədə novları olan dördbucaqlı şəklində idi və həmin novlara xırda daşlar salmaqla hesablama aparırdılar. Xırda daş, çınqıl latınca "calculus" deməkdir. Sonradan bu sözdən hesablamaq mənasını verən "calculator" sözü əmələ gəlib.
1970-ci ilin bu günü isə Yaponiyada ilk elektron kalkulyator yaradılıb. Hazırda insanların mütəmadi istifadə etdikləri kalkulyatorların bir çox təkmilləşmiş növləri var. Bəs görəsən, Azərbaycan vətəndaşları kalkulyatordan tez-tez istifadə edirmi?
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?