Aralıq dənizində gəmi batdı, 400 nəfər boğuldu
Aralıq dənizində Liviyadan İtaliyaya üzən, göyərtəsində qaçaq yolla Avropaya getmək istəyən miqrantların olduğu gəmi batıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, gəmidə 550 şəxs olub. Hadisə nəticəsində onlardan 400 nəfərin boğulduğu bildirilir.
Ölənlərin arasında çoxlu uşaq olub. Liviya sahillərindən ayrılan gəmi bir gün sonra batıb. Xilas edilən 150 nəfər "Orion" hərbi gəmisi vasitəsilə İtaliyanın cənubundakı Recco-di-Kalabriya şəhərinə çatdırılıb.
Əlverişli hava şəraiti Aralıq dənizi ilə Avropaya getmək arzusunda olan insanları daha da ürəkləndirir. Bildirilir ki, İtaliyaya Yaxın Şərq və Şimali Afrikadan köç edən şəxslərin sayı rekord həddə çatıb. Son dörd gün ərzində onların sayı 8 500-ə qədər artıb.
OXŞAR XƏBƏRLƏR
19:32
1067
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1127
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1143
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
388
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1335
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
1286