Azərbaycan prezidenti İtaliyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, əlaqələrin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Romada İtaliyanın baş naziri Matteo Renzi ilə keçirdiyi görüşləri xatırlayaraq, səfər zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənın ölkələrimiz, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri baxımından əhəmiyyətini qeyd edib. Ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın önəmini vurğulayıb.
Prezident “Cənub” qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycanla İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?