Azərbaycan atleti Avropa çempionu oldu
Azərbaycanın ağır atleti, Təhsil İdman Mərkəzinin yetirməsi Əfqan Bayramov təkanla ağırlıqqaldırma üzrə Avropa çempionu olub.
APA TV-nin xəbərinə görə, Tbilisidə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimiz təkanla qaldırmada birinci cəhddə 180, ikinci cəhddə isə 192 kiloqramın öhdəsindən bacarıqla gəlib. Bununla da o, təkanla ağırlıqqaldırmada Avropa çempionu olub.
Qeyd edək ki, Əfqan Bayramov birdən qaldırma üzrə yarışda 141 kiloqram nəticə göstərib. Ümumilikdə isə 333 kiloqram nəticə ilə 5-6-cı yerləri bölüşüb.
OXŞAR XƏBƏRLƏR
16:36
931
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1003
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1763
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1067
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1362
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
755