Dünya üçüncüsü güləşçilərimiz vətənə qayıtdılar
ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.
APA TV-nin məlumatına görə, ötən gecə dünya üçüncüsü olan güləşçilərimiz vətənə qayıdıblar. Onları Heydər Əliyev adına hava limanında Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və yaxınları qarşılayıblar.
Hava limanında jurnalistlərə açıqlama verən sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov yarışların çətin keçməsinə baxmayaraq, komandanın nailiyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, yığma komandanın hədəfi ilk üçlükdə yer almaq olub və buna da idmançılarımız sayəsində nail olublar. Firdovsi Umudov yığma komandanın səhvləri barədə də danışıb.
Qeyd edək ki, Los-Anceles şəhərində keçirilən sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?