Türkiyə İŞİD-ə qoşulmaq istəyən Britaniya vətəndaşlarını deportasiya etdi
Aprelin əvvəlində Türkiyə sərhədçiləri tərəfindən Suriya sərhədindəki Oğulpınar məntəqəsində saxlanılan Britaniya vətəndaşları ölkələrinə deportasiya edilib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, onlar sərhəddən Suriya ərazinə keçərək İŞİD-ə qoşulmaq istəyiblər. Britaniyalı vətəndaşların arasında 4 nəfər azyaşlı da olub.
"Sky News"un məlumatına görə, hazırda İŞİD sıralarında 600 Britaniya vətəndaşı döyüşür. Avropa Türkiyənin cənub sərhədlərinin qorunmasında çatışmazlıq olduğunu dəfələrlə bildirib və Ankaranı bununla əlaqədar qınayıb. Türkiyə isə Avropa İttifaqını İŞİD-in tərkibində döyüşmək arzusunda olanların qarşısını ala bilməməkdə təqsirləndirir.
OXŞAR XƏBƏRLƏR
18:20
219
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1137
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1197
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1153
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
393
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1338