Masazırda iki "Mercedes" toqquşdu, iki nəfər yaralandı
Ötən gecə Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, Vüsal İmanov "Mercedes" markalı minik avtomobili ilə Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil eyni istiqamətdə hərəkətdə olan Camal Mehdiyevə məxsus başqa bir "Mercedes"ə çırpılıb.
Toqquşma güclü olduğundan, Vüsal İmanovun maşını yol kənarındakı dəmir arakəsmələrə çırpılaraq yararsız vəziyyətə düşüb. Sürücü və avtomobildəki sərnişin Sərxan Bayramov ağır bədən xəsarətləri ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan yaralıların həyati təhlükəsi aradan qalxıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür