Yəməndən təxliyə olunan azərbaycanlılar Moskvaya gətirilib
Göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu daha bir Rusiya təyyarəsi Moskvaya enib.
APA TV-nin “RIA-Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarədə Yəməndən Cibutiyə aparılan Rusiya Hərbi Dəniz Donanmasının “Priazovıye” gəmisində olan 140 vətəndaş olub. Bu, sön 2 həftə ərzində 8-ci, son sutka ərzində 3-cü reysdir.
“Tu-154” təyyarəsi Moskva vaxtı ilə saat 11.10-da enib və Rusiya, Ukrayna, Azərbaycan, Estoniya, Özbəkistan, Türkmənistan, Belarus və Somali vətəndaşlarını Moskvaya çatdırıb. Onların hamısı tibbi, pasport və gömrük yoxlanışından keçəcək, daha sonra Rusiya Xarici İşlər Nazirliyinin evakuasiya məntəqəsinə gətiriləcəklər. Orada onları öz ölkələrinin nümayəndələri gözləyəcək. Daha öncə Rusiya Hərbi Dəniz Donanmasının “Priazovıye” gəmisi Yəmənin Ədən şəhərindən 19 ölkənin 308 vətəndaşını evakuasiya edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?