Bakıda yağmurlu və küləkli hava şəraiti davam edəcək
Aprelin 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-14 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən, yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 6-11 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?