Rusiya ordusu təhlükəli "ağıllı" raketlərlə təchiz olunur
Rusiya ordusu bu il yeni raketlərlə təchiz olunacaq.
APA TV-nin xəbərinə görə, bu barədə TASS dövlət xəbər agentliyi hərbi mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, zenit raket sistemləri üçün hazırlanan yeni silahlar orta mənzilli ballistik raketləri məhv etmə qabiliyyətinə malikdir.
May-iyun aylarında uzaqmənzilli S-400 sistemləri üçün nəzərdə tutulan raketlər dövlət səviyyəsində sınaqdan keçiriləcək. Bu ilin sonuna kimi isə Rusiya silahlı qüvvələri bu silahla təchiz ediləcək.
Bu raketin hazırda S-300 və S-400 sistemlərinin təchiz olunmuş raketlərindən əsas fərqi ondan ibarətdir ki, "ağıllı beyin" və təkmilləşdirilmiş taktiki-texniki xüsusiyyətləri sayəsində yaxın kosmosda ortamənzilli ballistik raketləri məhv etməyə qadirdir.
OXŞAR XƏBƏRLƏR
18:20
409
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1239
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1300
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1167
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
401
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1346