Türkiyədə təyyarə faciədən son anda xilas oldu
Türkiyədə "İran Qeshm Air" hava yollarına məxsus təyyarənin motoru partlayıb.
APA TV-nin məlumatına görə, partlayan motor daha sonra alovlanmağa başlayıb.
Atatürk Hava Limanında həyəcan siqnalı verilib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar. Xilasedicilər isə, sərnişinləri hava limanına doğru təxliyə ediblər.
Hadisə ilə bağlı açıqlama verən hava limanının rəhbərliyi bildirib ki, "Airbus-300 B4" tipli təyyarə İstanbul-Tehran aviareysi üzrə uçurmuş. Hadisə təyyarə havaya qalxan zaman baş verib. Xoşbəxtlikdən pilotlar təyyarəni sağ-salamat yerə endirməyi bacarıblar. Qəzadan sonra təyyarədən təxliyə olunan sərnişinlər 2 saat sonra başqa bir təyyarə ilə Tehrana yola salınıblar.
OXŞAR XƏBƏRLƏR
18:20
409
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1239
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1300
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1167
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
401
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1346