Azərbaycan prezidenti BBƏ-nin səfirini qəbul etdi
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı İslam aləminin müqəddəs ocaqlarının ziyarətindən məmnunluğunu bildirib.
Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Səfir Salem Xalifa Mohamed Əl-Ğafli ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?